Buzovna qəsəbəsi Sahib əz-Zaman məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Bakı şəhərin Buzovna qəsəbəsində, Ruhulla Axundov küçəsində yerləşir. İbadət evinin inşası XVII əsrə aid edilir. Məscid Abbasqulu ağa Bakıxanovun babası Hacı Məlik Məmmədxanın hesabına inşa edilib.

Məscid düzbucaqlı formaya malikdir. Diametri 3,5 metr olan məscid günbəzinin üç pəncərəsi var.

Sovet dövründə 1991-ci ilədək məscidin fəaliyyəti dayandırılmışdır. 1991-ci ildə isə Axund Hacı Rasim adlı şəxsin təşəbbüsü ilə ibadət evi təmir edilmiş, fəaliyyəti yenidən bərpa olunmuşdur. 2014-2015-ci illərdə məsciddə təmir işləri aparılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://m.facebook.com