Bülbülə qəsəbəsi Qəriblər məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Bülbülə qəsəbəsi Qəriblər məscidiMəscid Bakının Bülbülə qəsəbəsində, Lahıclar məhəlləsində yerləşir. İbadət evi 1988-ci ildə inşa edilib. Bu tarix məscidin ikinci mərtəbəsində, əsas giriş qapısının sağ tərəfində ərəb əlifbası ilə yazılıb.

İbadətgahın divarları mişar daşından hörülüb. Məscidin tavanı taxtadan, döşəməsi daş plitədəndir, damı isə dəmir təbəqə ilə örtülüb. Mehrabda daş kitabə var və orada ərəbcə “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn” adları həkk olunub.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az