Binəqədi rayonu Heydər məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadətgahMəscid Bakıda, Binəqədi rayonunda, Həmzə Babaşov küçəsində yerləşir. İbadətgah 2014-cü ildə inşa olunmuşdur. Bu məscid ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Heydər Məscidi Qafqazın ən böyük ibadət evidir. Məscid 12 min kvadratmetr sahədə salınıb, daxili isə 4,2 min kvadratmetr təşkil edir. Burada eyni vaxtda 7 minə yaxın insan ibadət edə bilər. İbadət evinin hündürlüyü 95 metrdir (30 mərtəbəli ev). Məscidin dörd minarəsi var. İbadət evinin 55 metr hündürlüyündə olan baş günbəzi və 35 metr hündürlüyündə olan ikinci günbəzi var. Günbəzlərin kənarlarına Quran ayələri yazılıb.

Məscidin girişində iki eskalator quraşdırılıb. İbadətgahın həyətində fəvvarələr inşa olunmuşdur.

Mənbələr:

  1. Azərbaycanın seçilmiş İslam abidələri. Bakı-2015.
  2. https://president.az
  3. http://www.binegedi-ih.gov.az