Biləsuvar rayonu Yuxarı Cürəli kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşir. İbadət evi 1993-cü ildə inşa edilib.

Məscid kərpicdən tikilib və düzbucaqlı formadadır. İbadətgahın dam örtüyü şiferdəndir, tavanı isə taxtadandır. Tavan üç dəmir boru üzərində dayanır. Məscidin iki əsas giriş qapısı var. İbadət evi pərdə ilə iki hissəyə bölünür: kişilər və qadınlar şöbəsi. Məscidin günbəzi güldəstə formasındadır və altıguşəlidir. Günbəzin üstü ağ dəmir təbəqə ilə işlənib. İbadətgahın minarəsi mişar daşı və dəmirlə işlənib, hündürlüyü 28 metrdir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.