Məscid Biləsuvar rayonunun Bağbanlar kəndi ərazisində yerləşir. İbadət evi 1993-cü ildə tikilib. İbadətgah yerli sakin Mikayıl İbrahim oğlu tərəfindən inşa edilib.
Məscidin divarları mişar daşı və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı taxtadandır, damı isə qırmızı kirəmitlə örtülüb. Tavan dördbucaqlı formadadır və üç sütun üzərində dayanır. İbadətgahın güldəstə formasında dördguşəli günbəzi var və onun üstü ağ dəmir təbəqə ilə işlənib. Məscidin əsas giriş qapısının ön tərəfində eyvan yerləşir. Eyvan on tağdan ibarətdir və onlar kərpiclə hörülüb. İbadət evinin qapı və pəncərələri taxtadandır. İbadətgah iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.