Məscid Biləsuvar rayonun Aşağı Cürəli kəndi ərazisində yerləşir. İbadət evi 1986-cı ildə inşa edilib. İbadətgah yerli sakin Mirəhməd Cəfərovun təşəbbüsü ilə və yerli sakinlərin şəxsi vəsaiti hesabına tikilib.
Məscid kərpicdən inşa edilib, dam örtüyü isə ağ dəmir təbəqə ilə işlənib. İbadət evinin döşəməsi taxtadandır. Məscidin tağvari formada üç giriş qapısı var. İbadətgahın qoşa minarəsi var və onların hündürlüyü 14 metrdir. Minarələr dəmir borudan düzəldilib. Məscidin günbəz və minarəsinin üstündə dəmir təbəqədən aypara rəmzi qoyulub. İbadət evinin eyvanı var, və o, on dəmir boru sütun üzərində dayanır. Eyvanın döşəməsi kərpic, tavanı isə taxtadandır.
Məscid 1986-cı ildə yanğına məruz qalmışdır və yenidən bərpa edilmişdir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.