Biləsuvar rayonu Əsgərabad kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Biləsuvar rayonunun Əsgərabad kəndində yerləşir. İbadətgahın tikintisinə 1968-ci ildə başlanıb və 1995-ci ildə kənd sakinlərinin təşəbbüsü ilə başa çatıb.

Məscid mişar daşları ilə tikilib. İbadətgahın damı şiferdəndir və iki dəmir boru üzərində dayanır. Məscidin günbəzi altıguşəlidir və dəmir təbəqə ilə işlənib.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.