Bakıxanov qəsəbəsi İmam Rza məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Bakıxanov qəsəbəsi İmam Rza məscidiMəscid Bakının Bakıxanov qəsəbəsidə, Sabunçu rayonunun Muxtar Fətəliyev küçəsi  59-da yerləşir. İbadət evinin bünövrəsi 1993-cü ildə qoyulmuş, 2008-ci ildə tam başa çatdırılıb.

İbadətgah Sabunçu rayonunun ən böyük məscidlərindən biridir. Məscidin zalı təxminən 400 kv. metrdir və burada eyni vaxtda 500 nəfər ibadət edə bilər. İbadət evinin qoşa minarəsinin hündürlüyü 32 metrdir. İbadətgahın mehrabının qarşısında Qurandan ayələr yazılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. kataloq.gomap.az
  3. scwra.gov.az