Bakı şəhəri Qasımbəy Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadətgahMəscid Bakı şəhərində, Həzi Aslanov küçəsi 23-də yerləşir. İbadət evi 1892-1896-cı illərdə Hacı Qasımbəy tərəfindən inşa edilib. Layihənin memarı Məşədi Mirzə Qafar İzmayılovdur.

Məscidin 31 metr hündürlüyündə bir minarəsi var. Minarənin ilk 6 metri dördbucaq, qalan hissəsi isə dairəvi formadadır. Şərəfənin alt hissəsində ərəbcə Quran ayəsi yazılıb. İbadət evinin günbəzinin diametri 6 metr təşkil edir. Günbəz səkkiz ədəd dördbucaqlı pəncərədən ibarətdir. Məscidin tağlar hissəsinə yeddi dəfə “kəlimeyi-şəhadət” həkk edilib.

İbadətgah iki mərtəbədən ibarətdir. Kişilər üçün ibadət zalında dörd dairəvi sütun və bir mehrab var. Mehrabın üç tərəfində “Cümə surəsi” yazılıb. İkinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Bu şöbəyə giriş məscidin çöl hissəsində yerləşir. Məscidin giriş tərəfində 3 metr hündürlükdə olan beş taxta pəncərə var.

2019-cu ildə ibadət evinin daxili təmir olunub.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.