Bakı şəhəri Hacı Cavad məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Hacı Cavad məscidi Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1-də yerləşir. Əvvəl bu ibadətgah Abdulla Şaiq küçəsi, 79-da yerləşirdi. İbadət evinin yeni binası 2017-2018-ci illərdə inşa edilib.

Məscid iki mərtəbədən ibarətdir. İbadətgahın birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məsciddə eyni vaxtda 500-dən çox insan ibadət edə bilər. Döşəməyə xüsusi olaraq Hacı Cavad məscidi üçün toxunan yeni “Namazgah” xalısı salınıb.

Məscidin günbəzinin hündürlüyü 18, minarəsinin hündürlüyü isə 33,7 metrdir. Günbəzin kənarlarına Qurandan surələr, ayələr yazılıb. Həmçinin ibadətgahın divarlarında da Qurandan surələr yazılıb, sütunları isə dini rəmzlərlə bəzədilib.

İbadət evinin qarşısında məscidin adı həkk olunmuş daş kitabə qoyulub. Məscidin ərazisində imam, dərs, kitabxana, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. İbadətgah üçün içməli su anbarı və ayrıca qazanxana da tikilib. Burada, həmçinin avto dayanacaq sahəsi yaradılıb.

Mənbələr: 

  1. http://www.dqdk.gov.az/az
  2. https://president.az/
  3. https://sputnik.az/life