Bakı şəhəri Cümə məscidi: Qədim Came məscidinin davamçısı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Bakı şəhəri Cümə məscidi Qədim Came məscidinin davamçısıCümə məscidi İçərişəhərdə, Bakı qalasında, Asəf Zeynallı küçəsi 51-də yerləşir. İndiki məsciddən əvvəl həmin yerdə qədim Came məscidi olub. 1899-cu ildə Bаkının vаrlı аdаmlаrındаn biri Hаcı Şıхəli Dаdаşоv хеyriyyə məqsədi ilə yararsız halda olan Came məscidini sökdürüb indiki Cümə məscidini ucаltdı. Bu barədə məscidin divarlarından birindəki kitabədə yazılıb. Şıхəli Dаdаşоv Cümə məscidinin həyətində dəfn edilib.

Qədim Came məscidinin inşa tarixi XII əsrə aid edilir. İndiki Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə qədim məscidin təmir edilməsi tarixi qeyd olunub: “Məlik əl-üməra və l-əkabir”(əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir”.

Tarixçi Sara Aşurbəyli “Bakı şəhərinin tarixi” kitabında yazırdı ki, əfsanəyə görə, qədim Cümə məscidi atəşpərəst məbədlərinin yerində tikilmişdir.

Cümə məscidinin minarəsi XIV-XV əsrlərə aiddir. Minarənin uzərində qədim kitabələr quraşdırılıb. Ehtimal edilir ki, bu kitabələr əvvəllər qədim Came məscidinin üzərində yerləşirdi. Kitabələrdən ikisi XI-XII əsrlərə aiddir və onların üzərində kufi yazıları var. Minarənin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur.

Məscidin mərkəzi sahəsi çadıra oxşar günbəzlə örtülüb, fasadı minalanmış yastı daşlarla üzlənib. Günbəz dörd sütun üzərində dayanır.

İbadət evinin girişinin pоrtаlındа Аzərbаycаn mеmаrlığının əsаs prinsipləri əks оlunmuşdur: dаş üzrə оymаlаr, gеniş nахış pаlitrаsı, bədii еpiqrаfikа və s.

Bakı şəhəri Cümə məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. S. Aşurbəyli. Şirvanşahlar dövləti.
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası.
  3. Сара Ашурбейли. История города Баку: период средневековья. Баку-1992.
  4. https://www.youtube.com
  5. https://icherisheher.gov.az
  6. https://web.archive.org
  7. http://www.mct.gov.az