Bakı şəhəri Əhmədli kənd Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Bakı şəhərinin Əhmədli kəndində, Seyid Mirhəsən Mirbağır oğlu küçəsində yerləşir. İbadət evinin inşa tarixi hicri qəməri-təqvimi ilə 1324-ci (1906) ilə aid edilir.

Məscid sal daşlardan tikilib. İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadət evinin bir günbəzi və bir minarəsi var. Günbəzin diametri 5 metr təşkil edir və onun kənarlarında “Kəlimeyi-şəhadət” yazılıb. Günbəz nəbati ornamentlərlə bəzədilib və onun səkkiz pəncərəsi var. Məscidin giriş qapısının üstündə dörd daş kitabə yerləşir. İbadət evinin, həmçinin üç yardımçı otağı var.

Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1997-ci ildə ibadətgahın fəaliyyəti bərpa edilib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2020.
  2. 525-ci Qəzet – Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri