Babək rayonu Heydər məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Babək rayonunun Çeşməbasar kəndində yerləşir. İbadət evinin nşa tarixi 1995-ci ilə aiddir. Indiki Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən tikdirilib.

İbadət evi iki mərtəbəlidir. Məsciddə 120 nəfər eyni zamanda ibadət edə bilər. Girişi şimaldan olan məscidin bir günbəzi və bir minarəsi var. İbadətgahın həyətində dini mərasimlərin keçirilməsi üçün əlavə zal inşa edilmişdir.

Minarənin hündürlüyü 15 metrdir və yuxarı hissəsində azan vermək üçün yeri var. Qübbəsinin üstündə aypara rəmzi var. Günbəz fasad tərəfdən kərpiclə işlənib. Məscidin mehrabı ağ rənglə işlənib və kənarları haşiyə (bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar)  ilə bəzənib. Mehrabdan sağ tərəfdə divarda ərəb dilində rənglə “Fatihə” surəsi həkk olunub.

Məscid 2015-ci ildə təmir olunmuşdur.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://imp.nakhchivan.az