Babək rayonu Sirab kənd Bəydilli məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Babək rayonu Sirab kənd Bəydilli məscidiMəscid Babək rayonunun Sirab kəndində yerləşir. İbadət evi 1989-cu ildə inşa edilib.

Məscid dağ daşlarından tikilib, damı isə şiferlə örtülüb. İbadət evi düzbucaqlı formadadır və ikimərtəbəlidir. İbadətgahın tavanı taxtadandır və üç sütun üzərində dayanır. Məscidin səkkiz kvadrat pəncərəsi və iki giriş qapısı var. İbadət evinin beşpilləli minbəri mövcuddur. İbadətgah iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Məscidin iki minarəsi var. Minarələrin üstündə aypara rəmzi quraşdırılıb.

Əvvəllər burada bünövrəsi XIX əsrin sonlarında qoyulan köhnə məscid olub. Bu ibadətgah sonralar dağılıb və yerində yeni məscid inşa edilib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.