Babək rayonu Nehrəm İmamzadəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İmamzadə Naxçıvan Respublikasında, Babək rayonunun Nehrəm kəndində yerləşir. Ziyarətgah XIII əsrdə inşa olunub. Orada İmam Museyi-Kazimın (ə.s) oğlu Seyyid Aqilin məzarı yerləşir.

İmamzadənin sağ tərəfində ərəb əlifbası ilə “Allah”, “Məhəmməd”“Əli” adları həkk olunub. Fasad tərəfdən ziyarətgahın yuxarı hissəsində 12 İmamın (ə.s) adları yazılıb.

Abidə 1995-ci ildə xeyriyyəçi Hacı İbrahim tərəfindən bərpa və təmir olunub. Tikinti zamanı burada 20 metr hündürlüyündə iki minarə tikilib.

İmamzadə piri kərpicdən tikilib. Abidənin yuxarı hissəsində dörd kiçik şəbəkəli pəncərə var. Bütün divarlar və günbəz güzgülər ilə işlənib. Mehrabın yuxarısında sağ və sol tərəfdə dişi və erkək şir şəkili var. Ortada isə kitabə yerləşir, lakin onun üzərindəki yazı sonradan pozulub.

Mənbələr:

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. Hacıfəxrəddin Səfərli. Orta əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin rolu. Bakı-2003.