Babək rayonu Miranşah piri

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Babək rayonu Miranşah piriPir Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndindən şərqdə, hündür təpənin ətəyində yerləşir. Ehtimal edilir ki, ziyarətgah e.ə III-II minilliklərə aiddir. Buranın “Miranşah piri” adlandırılması da indiyədək aydınlaşdırılmamışdır.

Pir vaxtilə qayanın təbii oyuğunda olmuş və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düz olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbr var. Baş daşlarında yazı yoxdur. Ziyarətgahın içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi var. Ziyarətgahın günbəzində aypara təsvirləri mövcuddur. Pirin fasadında tağvari iki qapısı və üç pəncərəsi var.

Son vaxtlar pirin üzərində böyük bir bina inşa olunuşdur. Hazırda pir bərpa olunmuşdur və onun üzərində müsəlman məclislərinə bənzəyən monumental abidə tikilmişdir.

Mənbələr:

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan-2008.
  2. Naxçıvanın məscid və ziyarətgahları. Naxçıvan-2018.