Babək rayonu Məmmədrzabəy kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Babək rayonu Məmmədrzabəy kənd məscidiMəscid Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Məmmədrzabəy kəndində yerləşir. İbadət evi 1994-cü ildə yerli sakinlər tərəfindən inşa edilib.

İbadətgah düzbucaqlı formaya malikdir. Məscidin divarları çay daşlarından, fasadı isə kərpicdən tikilib. İbadət evinin damı dəmir təbəqə ilə üzlənib, tavanı isə betondandır. Tavan səkkiz dəmir sütun üzərində dayanır. İbadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Burada taxtadan altı pəncərə qoyulub. Məscidin damında dairəvi formada günbəz yerləşir. Günbəzin ətrafı səkkiz gözlüklə əhatələnib. İbadətgahın hər iki tərəfindən minarə ucaldılıb. Onların üstündə dəmirdən aypara rəmzi quraşdırılıb.

Əvvəllər burada köhnə məscid olub. Lakin ibadət evinin yararsız vəziyyətə düşməsinə görə kənd sakinləri yeni məscid inşa edib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.