Məscid Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Cavidabad kəndində yerləşir. İbadətgahın inşa tarixi 1989-cu ilə aid edilir. İbadət evi yerli sakinlər və İranın Naxçıvan şəhərindəki konsulluğu tərəfindən tikilib.
İbadətgahın tutumu 1000 nəfər təşkil edir. Məscid ikimərtəbəlidir. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınların ibadət zalı üçün nəzərdə tutulub. İbadət evinin bir günbəzi və bir minarəsi var. Minarənin hündürlüyü 12 metr təşkil edir və onun üzərində aypara rəmzi quraşdırılıb. Məscidin nəzdində mədrəsə fəaliyyət göstərir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.