Babək rayonu Cəhri kənd Cilovxanlı məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Babək rayonu Cəhri kənd Cilovxanlı məscidiMəscid Naxçıvan Muxtar Respublikasında, Babək rayonunda, Cəhri kəndinin Cilovxanlı məhəlləsində yerləşir. İbadət evinin inşa tarixi XV əsrə aiddir.

İbadətgah düzbucaqlı formaya malikdir və ikimərtəbəlidir. Məscidin tikintisində daşdan və kərpicdən istifadə olunub. İbadət evinin birinci mərtəbəsi kişilər, eyvan şəklində olan ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. İbadətgahın damı və günbəzi dəmir təbəqə ilə örtülüb. Günbəzdə dörd gözlük qoyulub.

İbadətgah sovet dövründə gizli şəkildə fəaliyyət göstərib. 1988-ci ildə yerli sakinlərin vəsaiti hesabına burada təmir-abadlıq işləri aparılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. imp.nakhchivan.az