Məscid Bərdə rayonunun Uğurbəyli kəndində yerləşir.
İbadət evi kərpicdən inşa edilib. İbadətgahın döşəməsi kərpicdəndir, damının örtüyü isə şiferlə işlənib. Məscidin bir minarəsi var və onun hündürlüyü 12 metr təşkil edir. İbadət yanında kərpicdən türbə də mövcuddur.
Əvvəl burada XIX əsrdə inşa edilən başqa məscid mövcud olub. Sovet dövründə ibadət evi əvvəlcə anbar kimi istifadə edilib və yararsız vəziyyətə düşüb. Bu səbəbdən, köhnə ibadətgah sökülərək, yerində hazırkı məscid inşa edilib.
Uğurbəyli kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.