Məscid Bərdə rayonunun Əmirli kəndində yerləşir. İbadət evinin inşa tarixi 1913-cü ilə aiddir. İbadətgah kənd sakini Süleyman Hüseyn oğlu tərəfindən tikilib. Bura, həmçinin Çıraq məscidi adlanır.
Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadət evinin əsas giriş qapısının qarşısında açıqşəkilli eyvan var. İbadətgahın tavanı dörd taxta sütun üzərində dayanır.
2011-ci ildə İmirli kənd sakini Ənvər Məmmədəli oğlu tərəfindən məsciddə təmir-bərpa işləri aparılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.