Astara şəhər İmam Zaman ağa məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadətgahİmam Zaman ağa məscidi Astara şəhərində yerləşir. Məscid kənd sakini xeyriyyəçi Hacı Həsən Salmanov tərəfindən XIX əsrdə inşa olunub.

Məscidin tağvari formada iki qapısı və beş pəncərəsi var. İbadət evinin pəncərələri şəbəkədəndir.

Məscid iki hissəyə ayrılıb: kişilər və qadınlar şöbəsi. Qadınlar üçün olan hissədə şəbistan (ibadət etmək üçün yer) yerləşir. Bu məscidin minbəri və mehrabı var. Məscidin döşəməsi torpaqdandır, qapı və pəncərələr isə taxtadandır. Məscidin pilləkənləri daşdandır və beş pillədən ibarətdir.

Mənbə:

Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.