Astara rayonunun Kələdəhnə kənd Sahib əz-Zaman məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Astara rayonunun Kələdəhnə kənd Sahib əz-Zaman məscidiMəscid Astara rayonunun Kələdəhnə kəndi ərazisində yerləşir. İbadət evi 1988-ci ildə inşa edilib.

Məscid kərpicdən tikilib, damı isə dəmir təbəqə ilə örtülüb. İbadət evinin iki qapısı və üç pəncərəsi var. Pəncərələr tağvari formadadır və taxtadan hazırlanıb. İbadətgah kərpicdən tikilən qoşa minarəyə malikdir. Minaralər dairəvi formadadir və yuxarı hissələri dəmir təbəqə ilə işlənib. Qübbənin üstündə dəmir aypara rəmzi qoyulub.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.