Astara rayonu Şuvi kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Astara rayonu Şuvi kənd məscidiMəscid Astara rayonunun Şuvi kəndi ərazisində yerləşir. İbadət evi 1900-cü ildə yerli sakinlər tərəfindən tikilib.

Məscidin tutumu 95 nəfər təşkil edir. İbadətgah düzbucaqlı formadadır. Məscidin döşəməsi qırmızı kərpiclə, tavanı isə fanerlə işlənib. İbadət evinin damı qırmızı kirəmitlə örtülüb.

Sovet dövründə məscid anbar kimi istifadə olunub. 1984-cü ildə məscid fəaliyyətini bərpa edib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.