Astara rayonu Suparibağ kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Astara rayonu Suparibağ kənd məscidiMəscid Astara rayonunun Suparibağ kəndində yerləşir. İbadət evi 1906-cı ildə yerli əhali tərəfindən inşa olunub.

İbadətgahda eyni anda 90 nəfər ibadət edə bilər. Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Məscidin taxtadan tağvari formada iki giriş qapısı və dörd pəncərəsi var. Pəncərələr və qapıların üst hissəsi şəbəkə ilə işlənib. İbadətgahın mehrabı, dördpilləli minbəri və səkkizguşəli günbəzi var. Günbəz dəmir təbəqə ilə örtülüb və üzərində aypara ilə səkkizguşəli ulduz rəmzi quraşdırılıb.

Mənbə:

Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.