Astara rayonu Sığaloni kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Astara rayonunun Sığaloni kəndində yerləşir. İbadətgah 1995-1996-cı illərdə kənd sakini Xanağa Qurbanov adlı şəxs tərəfindən inşa edilib.

İbadət evinin tutumu 150 nəfərdir. Məscid düzbucaqlı formaya malikdir və qırmızı kərpicdən tikilib. Əsas ibadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Şöbələr taxta arakəsmə ilə ayrılıb. Məscidin iki giriş qapısı və dörd pəncərəsi var. İbadətgahın tavanı taxta və fanerlə işlənib. İbadət evinin hündürlüyü 12 metr olan qoşa minarəsi var. Minarələr qırmızı kərpicdən tikilib, qübbələri dəmir təbəqə ilə işlənib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.