Astara rayonu Seyyid Səncər Gilani türbəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Türbə Astara rayonunun Səncərədi kəndindən Alaş kəndinə gedən yolun sol tərəfində yerləşir. Pirin tarixi orta əsrlərə aid edilir.

Türbə Gilandan bura gelmiş və məskən salmış Seyid Səncər Gilani adlı şəxsə məxsusdur. Rəvayətə görə, kəndin adı da bu şəxsdən götürülüb.

Türbədə cümə axşamları şamlar yandırılır.

Seyyid Səncər Gilani türbəsi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.