Astara rayonu Şeyx Mir Abbas türbəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Türbə Astara rayonunun Sım kəndində olan “Kanə hi” adlı qədim qəbiristanlıqda yerləşir.

Şeyx Abbas əhalinin tələbatını nəzərə alaraq Sım kəndinin mərkəzində su dəyirmanı inşa etdirib. Bu dəyirmanda dörd oğlu növbə ilə birlikdə çalışıb. Sonra isə, Şeyx Abbas kəndin müxtəlif yerlərində hər oğlu üçün bir su dəyirmanı tikdirib.

Şeyx Abbasın XVIII əsrin sonunda inşa etdirdiyi su dəyirmanının qalıqları (daş çarxlar) hələ də kənd ərazisinin müxtəlif yerlərində qalmaqdadır.

Aqşin Mistanlı “Cənub bölgəsinin abidələr ensiklopediyası”-nda Şeyx Mir Abbasın məzarının Astara rayonun Pəlikəş inzibati ərazisində, “Pü” kəndində yerləşən Şeyx Nəsrulla ziyarətgahında olduğu qeyd edir.

Şeyx Mir Abbas türbəsi yerli əhəmiyyətli ziyarətgahdır.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.