Astara rayonu Qapıçıməhəllə kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Astara rayonu Qapıçıməhəllə kənd məscidiMəscid Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşir. İbadət evi kənd camaatının şəxsi vəsaiti hesabına 1985-ci ildə inşa edilib.

İbadətgah düzbucaqlı formadadır və divarları qırmızı kərpicdən hörülüb. Məscidin tavanı taxtadandır, damı isə yaşıl şiferlə örtülüb. İbadət evinin taxtadan beşpilləli minbəri var. İbadətgahın damında azan səsləndirmək üçün kiçik günbəz mövcuddur. Onun hündürlüyü 2 metrdir və üzərində gözlüklər quraşdırılıb. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Bu şöbələrə giriş ayrıdır. İbadət evinin ön hissəsində iki giriş qapısı və iki pəncərə yerləşir. Pəncərələr şəbəkəlidir və rəngli şüşələrlə işlənib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.