Astara rayonu Miki kənd “Şeyx Əbdülbağır” məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Astara rayonunun Miki kəndi ərazisində yerləşir. İbadət evi 1984-cü ildə yerli sakinlər tərəfindən tikilib.

İbadətgahın tutumu 40 nəfərdir və qırmızı kərpicdən inşa edilib. Məscidin tavanı ağacdan, dam örtüyü isə kirəmitdəndir. İbadət evinin fasadında iki qapı və beş pəncərə var. İbadətgahın sağ tərəfində isə tağvari formada bir qapı və iki pəncərə yerləşir. Məscid iki hissəyə bölünüb: qadınlar və kişilər şöbəsi. İbadət evinin minbər və mehrabı var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.