Məscid Astara rayonunun Hamoşam kəndi ərazisində yerləşir. İbadətgah kənd sakinləri və xeyriyyəçiləri tərəfindən tikilib.
İbadət evinin tutumu 30 nəfər təşkil edir. Məscid mişar daşlarından tikilib, divarları isə çöl tərəfdən plitələrlə hörülüb. İbadətgahın tağvari formada 12 pəncərəsi var. İbadət evinin damı yaşıl rəngli məxməri təbəqə ilə örtülüb. Məscidin damında iki kvadrat günbəz var və onlar yaşıl rəngdədir. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi.
İbadət evinin içərisində akt zalı, ehsanatlarının saxlanılması üçün yerlər və kitabxana vardır.
Əvvəllər Hamoşam kəndində köhnə məscid yerləşirdi. İbadətgah yerli əhali tərəfindən 1923-cü ildə tikilmişdir. Lakin sonra o yararsız hala düşmüşdür. Bu səbəbdən də kənddə yeni məscid tikilmişdır.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.