Məscid Ağsu rayonunun Bozavand kəndində yerləşir.
İbadətgah düzbucaqlı formadadır. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. Məscidin düzbucaqlı formada iki giriş qapısı var. Giriş qapılarının qarşısında eyvan yerləşir. İbadətgahın qoşa minarəsi dəmir borudandır və onların hündürlüyü 12 metr təşkil edir. İbadət evinin həyətyanı sahəsi daş hasara alınıb.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://kataloq.gomap.az