Ağstafa şəhəri İmam Əli Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Ağstafa şəhərinin mərkəzində, Şıxəli Qurbanov küçəsi 54-də yerləşir. İbadət evi 1996-cı ildə yerli sakinlərin təşəbbüsü ilə inşa edilib. Tikinti Küveyt İslam İrsinin Dirçəlişi Cəmiyyətinin maddi yardımı ilə həyata keçirilib. Layihənin baş memarı Sənan Abış oğludur.

İbadətgah mişar daşından tikilib və düzbucaqlı formaya malikdir. Məscid iki mərtəbəlidir. İkinci mərtəbədə qadınların ibadət zalı yerləşir. Əsas ibadət zalında tağvari formada on pəncərə var. İbadətgahın daxilində yardımçı otaqlar mövcuddur. Həmin otaqlar mədrəsə üçün nəzərdə tutulub. Məscidin bir günbəzi və qoşa minarəsi var. Günbəzin üstü dəmir təbəqə ilə üzlənib. Minarələrin və günbəzin üstündə dəmir aypara rəmzi quraşdırılıb. Minarələr səkkizguşəlidir və onların hündürlüyü 17 metrdir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az