Ağstafa rayonu Əyyub Ağa məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir. İbadətgah yerli sakin Əyyub Ağa tərəfindən tikilib. Lakin ibadətgahın divarındakı kitabəyə əsasən, məscid 1908-ci ildə Hacı Tağı Kərbəlayı Hüseyn adlı şəxs tərəfindən inşa edilib. Əyyub Ağanın vəfatından sonra onu məscidin giriş qapısının sağ tərəfində dəfn ediblər.

Məscid bütovlüklə kərpicdən tikilib. İbadətgahın altı pəncərəsi və bir giriş qapısı var. İbadət evinin bir günbəzi və iki minarəsi mövcuddur. Günbəz dörd tağ üzərində dayanır və onun diametri 7 metr təşkil edir.

Sovet dövründə məscid taxıl anbarı kimi istifadə edilib. 1990-cı ildə yerli sakinlərin təşəbbüsü ilə ibadətgahın fəaliyyəti bərpa edilib. Həmin ildə burada təmir-bərpa işləri də aparılıb.

Ağstafa rayonu Əyyub Ağa məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.mct.gov.az