Ağdaş rayonu Üveys Əl-Qərani Piri

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Pir Zərdab-Ağdaş yolunun sağında, Ağdaş rayonunun Xınaxlı kəndi ərazisində yerləşir.

Ziyarətgahın mərkəzində Üveys əl-Qəraninin qəbri yerləşir. Qəbrin üstü ağ mərmərlə işlənib. Üveys əl-Qərani adlı şəxs övliyaların böyüklərindəndir. Əslən Yəmənin Qaran kəndindən olan Şeyx Üveys Məhəmməd Peyğəmbərin (s) zamanında İslamı qəbul etmişdir. O, Məhəmməd Peyğəmbərin səhabələrindən biri idi. Şeyx Üveys buraya VII əsrdə İslamı yaymaq üçün gəlmişdir.

Bu qəbrin sol və sağ tərəflərində başqa məzarlar da mövcuddur. Yerli sakinlərin bildirdiyinə görə, bu qəbirlər Üveyslə birgə şəhid olmuş şəxslərin qəbirləridir.

Ziyarətgahın ətrafındakı divarlar hicri-qəməri təqvimi ilə 1339-cu (1920) ildə tikilmişdir.

Üveys Əl-Qərani pirinə müxtəlif ərəb ölkələrindən, Türkiyədən, Çeçenistandan və Dağıstandan ziyarətə gəlmişdilər

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.zerdab.com