Ağdaş rayonu Binələr kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ağdaş rayonu Binələr kənd məscidiMəscid Ağdaş rayonunun Binələr kəndində yerləşir. İbadət evinin inşası 1989-cu ilə aid edilir. İbadətgah yerli sakin Hörmət Məhəmməd oğlunun təşəbbüsü ilə tikilib.

Məscid çay daşları və kərpicdən inşa edilib. İbadət zalında tağvarı formada altı pəncərə var. Pəncərələr taxtadan hazırlanıb. İbadət evinin giriş qapısı Xan çinar ağacından düzəldilib. Qapı usta Osman və Süleyman Hüseynoğlu tərəfindən hazırlanıb. Giriş qapısının yuxarı hissəsində “Lə ilahə illəllah, Muhəmmədən Rəsulullah” sözləri yazılıb. Qapının ön hissəsində “İxlas” və “Fatihə” surələri, arxa hissəsində isə Məkkə və İbrahim məscidlərinin əksi həkk edilib.  Həmin qapının hazırlanmasına 1 il 8 ay vaxt sərf olunub. Məscidin günbəzi dəmir təbəqə ilə üzlənib və onun diametri 13 metr təşkil edir. Günbəzin 19 pəncərəsi mövcuddur. İbadətgahın minarəsinin hündürlüyü 18 metrdir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.