Ağdaş rayonu Aşağı Nəvətabad kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ağdaş rayonu Aşağı Nəvətabad kənd məscidiMəscid Ağdaş rayonunun Aşağı Nemətabad kəndində yerləşir.

İbadət evi daşdan tikilib və düzbucaqlı formadadır. Məscidin səkkiz plastik pəncərəsi və taxtadan iki giriş qapısı var. Giriş qapısının önündə yeddi dəmir dirək üzərində dam artırılıb. İbadətgahın damı şifer ilə üzlənib. Məscidin damında günbəz yerləşir. Günbəz dəmir ilə üzlənib və üzərində aypara rəmzi var. İbadət zalında yeddipilləli minbər və mehrab yerləşir.