Ağdaş rayonu Aşağı Ləki kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ağdaş rayonu Aşağı Ləki kənd məscidiMəscid Ağdaş rayonunun Aşağı Ləki kəndində yerləşir. İbadətgah Hacı Əhməd məscidi kimi də tanınır.

İbadət evi daşdan tikilib və düzbucaqlı formadadır. Məscidin taxtadan on pəncərəsi və bir dəmir giriş qapısı var. Giriş qapısının önündə iki dəmir dirək üzərində dam artırılıb. İbadətgahın damı dəmir təbəqə ilə üzlənib. İbadət zalında səkkizipilləli minbər və mehrab yerləşir.