Ağdaş rayonu Ağzıbir kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ağdaş rayonu Ağzıbir kənd məscidiMəscid Ağdaş rayonunun Ağzıbir kəndinin ərazisində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1420-ci ildə (1999) inşa edilib. İbadətgahın inşa tarixi məscidin ön tərəfində, binanın üzərində həkk olunub.

İbadət evi düzbucaqlı formadadır və mişar daşından tikilib. Məscidin damı dəmir təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində açıqşəkilli eyvan yerləşir. Eyvanın tavanı mişar daşından tikilmiş yeddi tağın üzərində dayanır. Məscidin iki giriş qapısı və tağvari formada altı pəncərəsi var. İbadət evində tağvari formada mehrab və birpilləli minbər mövcuddur. İbadətgahın damının sağ tərəfindən minarə ucaldılıb. Minarə mişar daşındandır və onun üstü dəmir təbəqə ilə örtülüb. Günbəz, həmçinin məscidin damında yerləşir və onun üstündə aypara ilə ulduz rəmzi quraşdırılıb.