Ağdaş rayonu Ərəbocağı kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ağdaş rayonu Ərəbocağı kənd məscidiMəscid Ağdaş rayonunun Ərəbocağı kəndində yerləşir.

İbadət evi mişar daşından tikilib və düzbucaqlı formadadır. İbadətgahın damı şifer ilə üzlənib. Məscidin altı plastik pəncərəsi və taxtadan bir giriş qapısı var. İbadət zalında üçpilləli minbər və mehrab yerləşir. Məscidin sol tərəfində mişar daşından minarə ucaldılıb.