Abşeron rayonunun Köhnə Saray Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Abşeron rayonunun Köhnə Saray Cümə məscidiMəscid Abşeron rayonunun Köhnə Saray qəsəbəsində yerləşir. İbadətgah evi 1993-cü ildə yerli sakinlər tərəfindən inşa edilib.

Məscid birmərtəbəlidir və onun divarları mişar daşından hörülüb. İbadət evinin döşəməsi betondandır. İbadətgahın tavanı altı sütun üzərində dayanır. Sütunlardan dördü dairəvi, ikisi isə düzbucaqlı formadadır. Sütunlar tağlarla ilə bir-birinə birləşib. Məscidin günbəzinin diametri 5 metrdir və onun üzərində dörd dəmir pəncərə qoyulub. İbadət evinin minbəri taxtadan düzəldilib və altıpilləlidir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. scwra.gov.az