Abşeron rayonu Qobu qəsəbə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Abşeron rayonunun Qobu qəsəbəsində yerləşir. İbadətgahın bünövrəsi 1987-ci ildə qoyulub.

İbadət evinin divarları mişar daşından hörülüb. Məscidin tavanı beton, döşəməsi isə daşdandır. İbadətgahın minarəsi dəmir borudandır, kənarları mişar daşı ilə hörülülüb, hündürlüyü isə 6 metrdir.

Bu məscidin yaxınlığında vaxtilə böyük köhnə məscid də olub. Həmin məscid 1937-ci ildə sökülüb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.