Məscid Abşeron rayonunun Mehdiabad qəsəbəsinin mərkəzində, 20 yanvar küçəsində yerləşir. İbadətgah 1994-2000-ci illərdə inşa edilib. İbadət evi Türkiyənin Diyanət Vəqfi tərəfindən tikilib.
Məscid osmanlı memarlıq üslubunda inşa edilib. İbadətgahın tikintisində üzlük daş plitələrdən istifadə olunub. İbadət evi ikimərtəbəlidir. Məscidin ön hissəsində dörd dirək üzərində dam artırılıb. İbadətgahın bir günbəzi və 35 metr hündürlüyündə iynəuclu bir minarəsi var. İbadət evinin minbəri əl işidir və bu minbərdən üç ədəd mövcuddur. Onlardan biri Mehdiabad məscidində, digər ikisi isə Türkiyədədir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://scwra.gov.az
- https://kataloq.gomap.az