Məscid Abşeron rayonunun Məmmədli (Məhəmmədi) kəndində yerləşir. İbadət evi 1818-ci ildə inşa edilib.
Məscidin divarları yonulmuş sal daşlardan tikilib. İbadət evinin iki giriş qapısı var. İbadətgahın yuxarı hissəsində məscidin inşa tarixi qeyd olunub.
Sovet dövründə məscid müxtəlif məqsədlər üçün istifadə olunub. İbadət evi 1984-cü ildə təmir edilib.
2017-2018-ci illərdə burada xidməti otaqlar və 240 yerlik mərasim zalı inşa olunub.
Məmmədli kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- www.mct.gov.az
- absheronxeber.az
- insaatci.az