Abşeron rayonu Məmmədli kənd Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Abşeron rayonu Məmmədli kənd Cümə məscidiMəscid Abşeron rayonunun Məmmədli kəndində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1233-cü (1817) ildə inşa olunub.

İbadətgah düzbucaqlı formaya malikdir. Məscidin çölündə eyvan yerləşir. İbadət evinin ətrafı daş plitələr və asfaltla döşənib.

Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1989-cu ildən sonra təmir-bərpa işləri aparılaraq məscid kimi fəaliyyətə başlayıb.

Məmmədli kənd Cümə məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.mct.gov.az