Abşeron rayonu Güzdək qəsəbə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Abşeron rayonu Güzdək qəsəbə məscidiMəscid Abşeron rayonunun Güzdək qəsəbəsində, İntiqam Dadaşov küçəsində yerləşir. İbadətgahın inşa tarixi hicri-qəməri təqvimi ilə 1287-ci (1870) ilə aiddir.

İbadət evinin divarları yonulmuş daşlardan hörülüb. Məscidin tavanı dörd tağ üzərində dayanıb. Tağlar günbəzdə bir-biri ilə bitişib. Günbəzdə üç pəncərə qoyulub. İbadətgahın mehrabının hündürlüyü 2 metr təşkil edir. İbadət evinin həyətində tablolar həkk edilib. Onların üzərində “Allah” və “14 məsumun” adları yazılıb.

Sovet dövründə məscid anbar və klub kimi istifadə olunub. 1990-cı ildən ibadət evinin fəaliyyəti bərpa edilib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az