Abşeron rayonu Görədil kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Abşeron rayonu Görədil kənd məscidiMəscid Abşeron rayonunun Görədil kəndində inşa edilib. İbadət evi hicri-qəməri təqvimi ilə 1278-ci ildə (1861) inşa edilib.

Məscidin damı qırla örtülüb. İbadətgahın iki pəncərəsi və iki giriş qapısı var. Giriş qapılarının önündə eyvan yerləşir. İbadət zalında dörd tağ mövcuddur. Məscidin günbəzində dörd düzbucaqlı pəncərə yerləşir. İbadət evinin sol tərəfində üç yardımçı otaq var. Otaqların qarşı tərəfində də bir eyvan mövcuddur.

Məsciddə hicri-qəməri təqvimi ilə 1323-cü ildə (1905) tikinti işləri aparılıb və bu tarix daş kitabədə həkk olunub.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.