Məscid Abşeron rayonunun Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşir.
İbadətgah karxana daşları ilə tikilib. Günbəz dörd sütun üzərində dayanır. Sütunlar tağlarla birləşir. Məscidin damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin tağvari formada bir neçə pəncərəsi var. Həyətdə dəstəmazxana və yardımçı otaqlar tikilib.
Məsciddə 1988-1989-cu illərdə qadınlar üçün sahə inşa olunub.
Abşeron rayonu Digah kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://kataloq.gomap.az