Lüğət

Seyid - Ərəb dilindən tərcümədə "ağa, cənab" mənasını verir. İslamda Məhəmməd Peyğəmbərin (s) nəslindən gələnlərə deyilir.

Şeyx - Ərəb dilində öndər, qəbilə başçısı, yaşlı adam anlamım verir.

Sirat - Ərəb dilindən tərcüməsi "yol" deməkdir

Talaq - Boşanma. Nikah əqdinə xitam vermək.

Təzniyə - Əzadarlıq, matəm saxlamaq

Vəsl - Lüğəvi baxımdan “çatmaq, birləşdirmək” mənasını verir.

Xəlifə - “Bir insanın davamçısı olan, yerinə keçən, onu təmsil edən” mənasında İslam dövlətində Məhəmməd Peyğəmbərdən (s) sonra dövlət başçılığını yerinə yetirən şəxsə verilən titul. İslam tarixində xəlifə titulu ilə yanaşı “imam” və “əmirül-möminin” titulları da istifadə olunmuşdur.

Yezidilik - İslam dininin məzhəblərindən hesab edilir. Yezid ibn Üneysin qurucusu olduğu bu firqənin mənsubları Məhəmməd Peyğəmbərin (s) son Peyğəmbər olmadığına inanır.

Zahir - İfadə edilən məfhumun eşidildiyi vaxt dərhal başa düşülməsi, yəni danışanın məqsədinin düşünmə ehtiyacı olmadan aydın anlaşılması.

lügət