İctihad - Müctəhidin hökmçıxarma metodu. Şəriət hökmlərini ələ gətirmək metodu. İctihad edən şəxsə "müctəhid" deyilir.
İxfa - Gizlətmək mənasını bildirir.
Kəbirə - Ərəb dilində "böyük" mənasını verir. Böyük günahlar mənasında işlənir (Kəbirə günahlar).
Ləbbeyk - Zəvvarın ehram geyindikdən sonra, “Əqəbə cəmrəsi”ni daşlayanadək dediyi “Ləbbeyk” sözü ilə başlayan zikr cümləsi. “Əmrinizə müntəzirəm”, “buyurun!” mənasında da işlənir.
Mehdi - 12-ci İmamın adı. Lüğəvi mənası: "doğru yol tutan".
Nafilə - Vacib hökmündə olmayan ibadət. Bəyənilən, müstəhəb ibadət.
Oruc - İslamın beş vacib şərtindən biri olan ibadət. Ramazan ayında sübh azanından günəşin batmasınadək yeyib-içmək və cinsi əlaqədən uzaq durmaqdır.
Pir - Fars dilində “qoca” mənasındadır. Adətdə seyyid və kəramətli şəxslərin məzarları yerinə deyilir.
Qadir - Allahın 99 adlarından biridir. Ərəb dilində "güclü, güvvətli" mənasında işlənir.
Radikalizm - Tədqiq etdiyi mövzunun son səbəblərinə, köklərinə enən düşüncə forması. İctimai-siyasi quruluşu, adət-ənənələri, dini-fəlsəfi ideyaları kəs kin tənqid edib, bunları kökündən dəyişdirmək məqsədi güdən düşüncə və fikirlər.